1 milyard izləyicisi olan ilk şəxs oldu - FOTO

Kriştiano Ronaldo rekordlarını meydandan kənarda davam etdirir.

Metbuat.az bildirir ki, portuqaliyalı ulduz verdiyi açıqlamada sosial media hesablarında cəmi 1 milyard izləyiciyə çatdığını deyib. Ronaldo buna nail olan ilk şəxsdir. Karyerasını “Əl-Nəsr”də davam etdirən Kriştiano Ronaldonun "Instagram"da 638, "Facebook"da 170, "Twitter"də (X) 113, "Youtube"da isə 60 milyon izləyicisi var.

Karyerasında 5 dəfə “Qızıl top” mükafatını qazanan Kriştiano Ronaldo millinin forması ilə 131 qola imza atıb. “Real Madrid”lə 450, “Mançester Yunayted”lə 145, “Yuventus”la 101, “Əl-Nassr”la 62, “Sportinq”lə 5 qol vuran portuqaliyalı ulduz ötən həftə 900 qol həddini keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR