İran prezidenti Məsud Pezeşkian ABŞ-yə səfər edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bildirilib ki, Pezeşkian BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 22-də ABŞ-yə yola düşəcək.
Məlumata görə, Pezeşkian çıxışında İranın müxtəlif məsələlərlə bağlı fikir və mövqelərinə toxunacaq.
Müxtəlif ölkələrin yüksək rütbəli rəsmiləri, eləcə də ABŞ-də yaşayan iranlılarla bir sıra görüşlər də nəzərdə tutulub.