Yaxın Şərqdə növbəti ölkə qan gölünə döndü - Uçuşlar dayandırıldı

İordaniya, bölgədə artan regional gərginlik səbəbindən Livanın paytaxtı Beyruta uçuşları təxirə salıb.

Metbuat.az xəbər verir ki, bu barədə İordaniya Mülki Aviasiya İdarəsi açıqlama verib. Açıqlamaya görə, İordaniya hava yollarının Beyrutdakı fəaliyyəti növbəti xəbərdarlığa qədər dayandırılıb. Açıqlamaya görə, bu qərar regionda artan gərginlik səbəbilə mülki aviasiyanın təhlükəsizliyini qorumaq məqsədilə qəbul edilib.

Qeyd edək ki, İsrailin Livana hücumları nəticəsində 300-dən çox insan ölüb. 1024 nəfərin isə yaralandığını açıqlanıb. İsrail ordusu Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib. Gərginliklə bağlı ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimal bölgələrinə köç dalğası davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı