ABŞ Rusiya və Çin istehsalı texnologiyaları qadağan edir

ABŞ təhlükəsizlik riskləri səbəbindən Çin və Rusiyada istehsal olunan bəzi texnologiya və proqram təminatlarının avtomobil, yük maşınları və avtobuslarda istifadəsini qadağan etməyi planlaşdırır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin ticarət naziri Qina Raymando bu planların “hədəflənmiş, proaktiv” addımlar olduğunu və ABŞ-ni qorumaq məqsədi daşıdığını bildirib.

"Bu gün avtomobillər kameralar, mikrofonlar, GPS izləmə sistemləri və internetə qoşulan digər texnologiyalarla təchiz olunub. Bu məlumatlara çıxışı olan xarici düşmənin milli təhlükəsizliyimizə və bizim şəxsi həyatımıza ciddi təhlükə yarada biləcəyini başa düşmək çətin deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı