Ardanı heyətdən çıxaran Endrik qolları sıralayır - "Real" "ziyana" düşür

İki il əvvəl Endrikin “Real Madrid”i seçməsi və “Palmeyras” ilə müqavilə futbol dünyasında gündəm olmuşdu.

Metbuat.az xəbər verir ki, “Palmeiras” ilə müqavilənin dəyəri təxminən 35 milyon avro olsa da, bonuslarla bu rəqəm 60 milyon avroya qədər qalxa bilər. “Palmeiras”ın direktoru Joao Paulo Sampaionun açıqlamalarına görə, bu məbləğin 72 milyon avroya çatmaq potensialı var. Joao Paulo Sampaio "El Chiringuito"ya müsahibəsində Endrikin transfer şərtləri ilə bağlı təfərrüatları açıqlayıb. Transferin şərtləri ilə bağlı məlumat verən Sampaio bildirib ki, hər 5 qol üçün 1,5 milyon avro bonus şərti var. Bununla məbləğ 60 milyon avroya çata bilər. Endrik Braziliya millisinə ilk çağırıldığı zaman “Real” “Palmeiras”a 1,5 milyon avro bonus ödəyəcək. Müqavilədə “Qızıl top” mükafatı ilə bağlı konkret müddəa yoxdur.

Qeyd edək ki, Endrik artıq heyətdə yer almağa başlayıb. O heyətə düşməkdə Ardanı qabaqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR