Azərbaycanda "Zəngəzur" adlı pilotsuz uçuş aparatı (PUA) istehsal edilib.
Metbuat.az xəbər verir ki bu barədə APA məlumat yayıb.
Yeni PUA ilk dəfə olaraq Bakıda keçirilən "ADEX-2024" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ictimaiyyətə təqdim olunub.
"Zəngəzur" PUA-sı, VTOL tipli və radioekoloji monitorinq məqsədilə hazırlanıb. İşğaldan azad edilmiş ərazilər minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyaların aradan qaldırılması üçün bu aparatın istifadəsi, prosesin daha sürətli və təhlükəsiz aparılmasına imkan yaradır.
Qeyd edək ki, "Zəngəzur" PUA-sının təkmilləşdirilərək döyüş əməliyyatlarında istifadəsi də planlaşdırılır.