Volkan Dəmirəl bu klubun baş məşqçisi olur

Superliqa komandalarından “Adana Dəmirspor” yeni baş məşqçi gətirmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Adana Dəmirspor” “Fənərbaxça”nın keçmiş qapıçısı Volkan Dəmirəllə anlaşıb. Məlumata görə, Super Liqada 6 matçda 1 xal toplayaraq liqanın sonuncu pilləsinə yüksələn "Adana Dəmirspor", baş məşqçi Mixael Valkanislə yollarını ayırıb. Yeni məşqçi axtarışında olan klub, Volkan Dəmirəllə görüş keçirib. “Adana Dəmirspor” Dəmirəllə fikir mübadiləsi aparıb və böyük ölçüdə razılığa gəlib. Keçmiş qapıçı özü də klubla danışıqlar apardığını açıqlayıb.

Qeyd edək ki, Volkan Dəmirəl hazırda şərhçi kimi fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR