Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşdü

Sentyabrın 25-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın bütün spektri üzrə dinamik inkişafın təmin edilməsində dövlət başçılarının əsas rolu bildirilib.

Bildirilib ki, iki ölkənin Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində, o cümlədən təcrübə mübadiləsi və təlimlərin keçirilməsi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri yaradılıb.

Azərbaycan və Belarus Fövqəladə Hallar Nazirliyi arasında 2006-cı il tarixli Əməkdaşlıq Sazişinin həyata keçirilməsi üzrə 2025–2027-ci illər üçün Kompleks Tədbirlər Planının bu ilin iyun ayında imzalanmasının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib, yanğınsöndürmə texnikasının tədarükü məsələsi ətrafında fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı