Biz həqiqətən hər oyun üçün böyük rotasiya etmək istəmirik.
Metbuat.az xəbər verir ki, bunu "Tottenhem"in baş məşqçisi Angelos Postekoqlu İngiltərədə "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin I turunun matçından əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis mövsüm ərzində 50-dən çox oyuna çıxacaqlarını bildirib:
"Buna uyğun heyətimiz var. Futbolçuların hamısının bütün qarşılaşmalarda oynamasını gözləməyin. Təxminən 35 görüşdə meydanda ola bilərlər".
Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.