Qurbanov "Tottenhem"lə oyundan danışdı

Sabah dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq.

Metbuat.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis onları çətin qarşılaşmanın gözlədiklərini bildirib:

"Sabah dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq. "Tottenhem" hər zaman İngiltərə Premyer Liqasında liderlər sırasında qərarlaşıb. Bununla belə, oyuna hazırıq. Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq. "Tottenhem"in stadionunda və azarkeşləri qarşısında mübarizə aparmaq bizim üçün böyük təcrübə olacaq. Belə oyunlar hər bir futbolçumuzun böyüməsi üçün təcrübə sayılır. İnşallah, sabah futbolçularım böyük güc sərf edərək, yaxşı oyun nümayiş etdirəcəklər".

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı