Ceyhun Bayramov finlandiyalı həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində finlandiyalı həmkarı Elina Valtonen ilə siyasi, iqtisadi və humanitar məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin mətbuat xidməti sosial şəbəkədə bildirib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT BA-nın 79-cu sessiyası çərçivəsində Finlandiya xarici işlər naziri Elina Valtonenlə görüşü olub. [Görüşdə] siyasi, iqtisadi və humanitar sahələrdəki Azərbaycan – Finlandiya münasibətləri müzakirə olunub”, – paylaşımda diqqətə çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı