"Barselona" rekorda imza atdı

İspaniyanın "Barselona" futbol klubu tarixi bir rekorda imza atıb.

Metbuat.az xəbər verir ki, Hans Flikin rəhbərlik etdiyi komanda VII turda "Xetafe"ni 1:0 hesabı ilə məğlub edərək La Liqada 6500-cü qolunu vurub. Bu nəticə ilə "Barselona" 6500 qola çatan ilk klub olub. Eyni zamanda, komandanın qapısında 3362 qol görünüb.

Qeyd edək ki, "Barselona" indiyədək bütün matçlarda qələbə qazanaraq 21 xalla turnir cədvəlində liderlik edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR