Bu da Arda Gülerin yeni lüks avtomobili - FOTO

İspaniya nəhəngi "Real Madrid"də çıxış edən türkiyəli futbolçu Arda Güler klubunun məşhur avtomobil markası ilə sponsorluq müqaviləsindən sonra yeni avtomobil sahibi olub.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən mövsüm "BMW XM" modelini seçən Arda Güler bu dəfə "i7" serialı elektrikli modelə üstünlük verib.

Arda Gülerin yeni avtomobili 140 min avro (təxminən 260 min manat) dəyərindədir.

Türkiyəli futbolçudan başqa Vini Jr, Militao və Brahim Diaz da "i7" modelini seçən futbolçular arasındadır. Baş məşqçi Karlo Ançelottinin seçimi isə "i5" modeli olub.

Komandanın kapitanı Luka Modriç, Dani Karvahal, Bellingham və Kylian Mbappe isə "XM modelini" seçən oyunçular sırasında yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR