Marsda qəribə cisim aşkarlandı - FOTO

13 sentyabr tarixində NASA-nın "Perseverance" aparatı Mars səthində xarici forması ilə olduqca diqqət çəkən qaya tapıb. Qayanın fotosu internetdə yayıldıqdan sonra maraqla qarşılanıb və sürətlə populyarlıq qazanıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, qaya "Perseverance" komandasının diqqətini çəkib və onlar bu qayanın Marsda daha əvvəl görülən heç bir şeyə bənzədiyini bildiriblər. Hazırda "Perseverance" aparatı asteroidin toqquşması nəticəsində qayaların atılması nəticəsində yarandığı düşünlən Jezero Kraterinin bir hissəsi olan "Dox Qalasına" doğru irəliləyir.

Bu ayın əvvəlində "Perseverance" kraterin yamaclarından qalxarkən komanda üzvləri uzaqda qeyri-adi bir cisim gördüb və bunu "Mastcam-Z" kamerası ilə müşahidə etməyə qərar veriblər. "Perseverance" bölgədən uzaqlaşdıqdan bir neçə gün sonra NASA məlumatları əldə edib və bu qayanın ətrafındakılara görə fərqli olduğunu aşkarlayıb.

Purdue Universitetində doktorantura tələbəsi və "Perseverance" komandasının üzvü olan Athanasios Klidaras NASA-nın bloqunda bu barədə belə qeyd edib:

“Elm komandası bu qayaya Jezero Kraterində, bəlkə də bütün Marsda əvvəllər görünməyən bir formaya malik olduğunu düşünür. Kimyəvi tərkibi barədə məlumatımız məhduddur, lakin ilkin qiymətləndirmələr göstərir ki, magmatik və ya metamorfik proseslər bu xətləri yaratmış ola bilər”.

İnternetdə bu qaya “zebra qayası” adlandırılsa da, NASA komandası ona "Freya Qalası" adını verib. Komanda ətrafındakı qayalardan xeyli fərqli görünən bu qayaların yəqin ki, mövcud olduğu yerə başqa bir yerdən gəldiyini düşünür. "Perseverance" aparatı kraterdəki hərəkətinə davam edərkən növbəti həftələrdə bu qayanın oxşarı ilə qarşılaşa bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı