Flik 1-0 hesablı qələbə qazandıqlarına görə futbolçularını cəzalandırdı

“Barselona”nın baş məşqçisi Hansi Flik “Xetafe” ilə oyunda komandasının qələbə qazanmasından məmnun olsa da, hesabdan razı qalmayıb.

Metbuat.az xəbər verir ki, iddialara görə, məşqçi buna görə də futbolçulara cəza tətbiq edib. Bildirilir ki, cəza futbolçuların əlavə məşq etməsindən ibarətdir. Baş məşqçi bununla bağlı “Daha çox qol vurmaq şansımız var idi, lakin onlar olmadı. Buna görə də komanda 1:0 hesablı qələbənin cəzası olaraq beşinci məşqini keçirəcək” deyə bildirib. Qeyd edək ki, “Barselona” oyunda 1-0 hesabı ilə qələbə qazanıb. Yeganə qola Levandovski imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı