İsrailin Livandan sonrakı hədəfi Türkiyədir - Ərdoğan

"Netanyahu Anadolu da daxil olmaqla böyük bir xəyal qurur. Türkiyə Livandan avtomobillə sadəcə 2 saat yarımlıq məsafədədir. Yəni işğal, terror və təcavüz dərhal yanımızdadır".

Metbuat.az "Habertürk"ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

“İsrailin Livandan sonra göz dikəcəyi yer açıq deyirəm ki, bizim vətən torpaqlarımız olacaq. Bu dövlət terroruna qarşı əlimizdəki bütün imkanlarla mübarizəmizi davam etdirəcəyik. Nəyin bahasına da olsa, Türkiyə İsrailin qarşısında durmağa davam edəcək”, - Ərdoğan deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı