Həbs müddətləri uzadıldı

"Toplum TV" işi üzrə saxlanılan Ələsgər Məmmədli, Ruslan İzzətli və Akif Qurbanovun barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri daha üç ay uzadılıb.

Qeyd edək ki, bu ilin mart ayının 6-da sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Həmin ay Bakı şəhəri Xətai Rayon Məhkəməsi Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ruslan İzzətli və Ələsgər Məmmədlinin həbsi ilə bağlı təqdimata baxıb və onların hər biri dörd ay müddətinə həbs olunublar.

Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı