"Hizbullah"ın rəhbəri vəzifəsinə əsas namizəd öldürüldü - KİV

İsrail aviasiyasının Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində Həsən Nəsrullahın ölümündən sonra Hizbullahın baş katibi olmağa əsas namizəd kimi göstərilən Haşim Səfiuddin həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu barədə "Əl Ərəbiyə" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, aviazərbə nəticəsində Haşim Səfiuddinlə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə zabiti də həlak olub.

Xatırladaq ki, daha əvvəl HƏMAS lideri İsmayıl Haniyə, "Hizbullah" lideri Həsən Nəsrullah və SEPAH-ın komandiri Abbas Nilfuruşan da İsrail tərəfindən qətlə yetiriliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı