"Çörək" dalınca getmişdi, cənazəsi gəldi - FOTO

Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş "Alüminum zavod" ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Məlumat üçün bildirək ki, Məhəmməd Əliyev Vətən Müharibəsi iştirakçısı və evin tək oğlu imiş.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı