İngiltərədə yaşayan 70 yaşlı Tizi Hodson 48 ildən sonra iş müraciətinin nəticəsini öyrənib.
Metbuat.az xəbər verir ki, 70 yaşlı Hodsonun 1976-cı ildə göndərdiyi iş ərizəsi məktubunun poçt şöbəsində rəflərin arxasında qaldığı məlum olub. Göndərdiyi ünvana çatmayan orijinal məktub 48 il sonra Hodsonun özünə qaytarılıb. Hodsun "Mən həmişə iş haqqında niyə heç nə eşitmədiyimlə maraqlanırdım. İndi bunun səbəbini bilirəm" deyə bildirib. Məktubu həmin illərdə yaşadığı Londondakı mənzilində yazdığını xatırladığını vurğulayan Hodson bildirib ki, bu qədər müddətdən sonra onu geri almaq duyğulu hadisədir.