"ASAN İmza" sertifikatlarının sayı 59%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 462 851 "ASAN İmza" elektron imza sertifikatı verilib.

Bu barədə Metbuat.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 58,7 % çoxdur.

Hesabat dövründə "ASAN İmza" 286 973 müraciət üzrə təqdim olunub ki, bu da, illik müqayisədə 49,7 % çoxdur.

Qeyd edək ki, "ASAN İmza" elektron imza sertifikatlarının üç növü vardır: fiziki şəxslər (vətəndaşlar), hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

"ASAN İmza" sertifikatları 3 il ərzində etibarlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı