Azərbaycan klublarının reytinqi bəlli oldu

Azərbaycan klublarının Avropadakı mövqeləri məlum olub. İFFHS-in (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) açıqladığı dünya reytinqində Avropadan ümumilikdə 291 komanda yer alıb.

Metbuat.az xəbər verir ki, təmsilçilərimizdən "Qarabağ" 174,75 xalla Avropada 40-cı sırada qərarlaşıb. "Zirə" 95,75 xalla 114-cü, "Sabah" klubu isə 60,75 xalla 238-ci pillədə mövqelənib.

Qeyd edək ki, dünya sıralamasında "Qarabağ" 60-cı, "Zirə" 201-ci, "Sabah" isə 411-ci yerdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR