Yuxuda ünsiyyət qurmaq gerçək oldu

Neyrotexnologiya şirkəti REMspace ilk dəfə yuxu zamanı iki nəfər arasında əlaqə qurduqlarını iddia edib.

Metbuat.az xəbər verir ki, şirkət yuxular zamanı təsbit edilə bilən "Remmyo" dilini də təkmilləşdirdiklərini açıqlayıb. Bundan əvvəl şirkətin baş direktoru Michael Raduga xəyallarını idarə etmək üçün başına mikroçip yerləşdirdiyi xəbəri ilə gündəmə gəlmişdi. O bildirib ki, çip REM yuxusu zamanı beynin motor korteksini stimullaşdırmaq üçün nəzərdə tutulub.

Raduga aydın yuxu görmənin psixoloji üstünlüklərini vurğulayıb və bəzi psixoloji problemləri həll etməyə kömək edə biləcəyini irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı