Tramp yeni debatdan imtina etdi

ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə yeni debatdan imtina edib.

Metbuat.az xəbər verir ki, Tramp özünün sosial media platforması “Truth Social” hesabında “Fox News” televiziyasının debat təklifi ilə bağlı açıqlama verib. Tramp təklifi rədd edərək, müzakirə olunacaq yeni bir məsələ olmadığını bildirib. O, seçkilərdə irəlidə olduğunu iddia edib.

Tramp, "Son iki debatda qalib gəldim. Həm də anketlərdə öndə gedirəm və fərq getdikcə artır. Bütün mübahisəli ştatlarında öndəyəm" deyə bildirib.

Qeyd edək ki, “Fox News” televiziyası Tramp və Harris arasında canlı debat proqramı təklif etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı