Mbappe hər kəsi susdurdu - Valverde

"Real Madrid"in ulduz futbolçusu Federiko Valverde yay transfer pəncərəsində komandaya qoşulan Kilian Mbappe barədə açıqlama verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kilian Mbappe ilə bağlı tərif dolu fikirlər səsləndirib. Ailəlikcə ona heyran olduqlarını bildirib:

"Hamımız onun necə bir futbolçu olduğunu bilirik. O, dünyanın ən yaxşı futbolçularından biridir. Onunla eyni meydanı paylaşmaq böyük bir xoşbəxtlikdir. Hər matçda, hər məşqdə özünü göstərir. Mən də, ailəm və uşaqlarım da onu izləyə bildiyimiz üçün xoşbəxtik".

Uruqvaylı futbolçu komanda yoldaşı Mbappenin möhtəşəm insan olduğunu, onunla eyni klubda oynadığı üçün xoşbəxt olduğunu deyib:

"Mbappe insan olaraq da inanılmaz biridir. O buraya gəldikdə çox sayda mənfi şayiələr yayılmışdı, lakin Mbappe hər kəsi susdurmağı bacardı. O, möhtəşəm bir insandır. Üstəlik, ispan dilini məndən daha yaxşı danışır", - deyə əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR