Yeni dünya nizamı formalaşır - Putin

Planetin müxtəlifliyini əks etdirən yeni dünya nizamı formalaşır.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. Kremlin açıqlamasına görə, Putin Türkmənistanın paytaxtı Aşqabadda türkmən şair Mahtumqulu Firakinin 300 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edib. Putin bildirib ki, bu, təbii və geri dönüşü mümkün olmayan prosesdir. Dünyadakı vəziyyəti dəyərləndirən Putin deyib:

"Dünya sivilizasiyaların bölünməsi və etnik və dini qruplar arasında qarşıdurmalar nəticəsində görünməmiş təhlükələrlə üz-üzədir. Beynəlxalq münasibətlər qlobal köklü dəyişikliklərin yaşandığı bir dövrə qədəm qoyub. Bu dövrdə bir planetin müxtəlifliyini əks etdirən yeni dünya nizamı formalaşır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR