Ərdoğan Serbiyadan dünyaya mesajlar verdi

Serbiyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiçlə görüşüb.

Metbuat.az görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçirib. Ərdoğan bildirib ki, görüşdə ikitərəfli məsələlərlə yanaşı qlobal və regional məsələlər, xüsusən də Balkanlar, Yaxın Şərq və Ukrayna ilə bağlı fikir mübadiləsi aparılıb:

“Mən həmkarımla davamlı sülh yolunda səylərimizi davam etdirmək əzmində olduğumuzu bölüşdüm. İşğal olunmuş Fələstin torpaqları, xüsusilə Qəzza və Livandakı dram, şübhəsiz ki, gündəmimizdə idi. İsrail rəhbərliyinin insan ləyaqətini tapdalayan hücumlarına “dur” demək lazımdır. Məsələnin əsas problemi Fələstin torpaqlarının İsrail tərəfindən işğalının davam etməsidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı