Ronaldoya oynaya bilmirsən dedi, cavab sərt oldu

Keçmiş italyan futbolçu Antonio Kassano Kriştiano Ronaldonun futbol oynamağı bilmədiyini iddia edib. O, podkast proqramlarının birində belə deyib: "3 min qol vursa belə maraqlı deyil, Kriştiano Ronaldo futbol oynamağı bilmir. Ronaldonu bütün dövrlərin ən yaxşı 10 futbolçusu arasında da görümürəm".

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlamadan sonra Kassano Kriştiano Ronaldonun ona qazandığı kubokların siyahısını mesajla göndərdiyini açıqlayıb.

Ronaldo mesajda belə yazıb: "Mənə bir daha hörmətsizlik etmə. Cəmi 150 qol vurmusan və 4 kubokun var".

Mən də (red. Kassano) ona belə cavab verdim: "Əziz Kriştiano, məni dinlə. Sənə hörmətsizlik etdiyimi deyirsən, amma mən sadəcə səni futbolçu kimi bəyənmirəm. Burada problem nədir?".

Xatırladaq ki, karyerasında 900 qola ilk çatan futbolçu kimi tarixə keçən Kriştiano Ronaldo İspaniyada oynadığı dövrdə 105 oyunda 100 qola ən sürətli çatan futbolçu olub.

2006-2008-ci illər arasında "Real Madrid"də çıxış edən Kassano 2018-ci ildə Hellas Verona klubunda karyerasına son qoyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR