Toy maşınının qəzasında yaralanan şəxs öldü - FOTO

Cəlilabadda toy maşınının qəzaya uğraması nəticəsində yaralanan şəxs xəstəxanada ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev həkimlərin səyinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə bu gün Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınıb. Belə ki, bəy maşını olan "BMW" markalı minik avtomobili "VAZ-21015" markalı minik avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ-21015"in sərnişini, ağır xəsarət alan 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev maşında sıxılı vəziyyətdə qalıb. O, FHN-in Cəlilabad Rayon Hissəsinin xilasediciləri tərəfindən xilas edilərək, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR