Ardanı verin, onu alın - "Real"ın təklifinə sürpriz cavab

“Real Madrid” "Bayer Leverkuzen"in futbolçusu Florian Virtzi transfer etmək üçün səylərini davam etdirir.

Metbuat.az xəbər verir ki, “Real”ın prezidenti Florentino Peresin transfer etmək istədiyi futbolçu ilə bir sıra klublar maraqlanır. Onların arasında “Barselona”, “Mançester siti”, “Arsenal” kimi klubların da olduğu bildirilir. İddialara görə, "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso “Real”a bu transferin bir şərtlə reallaşa biləcəyini bildirib. Alonso Virtzin qarşılığında “Real”dan Arda Güleri tələb edib. "Bayer Leverkuzen" mübadilə ilə Virtzin transferinə razılıq verə biləcəyi deyilir. Lakin “Real”ın Ardanı buraxmağa razı olmadığı deyilir.

Qeyd edək ki, Florian Virtz bu mövsümdən başqa klubda oynamaqistəsə də, "Bayer Leverkuzen" onu mövsümün sonuna kimi klubda saxlamağa razı sala bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR