Millimizin aut atışı gülüş hədəfi oldu - VİDEO

Azərbaycan milli komandasının Estoniya ilə oyunda 1:3 hesablı məğlubiyyəti hələ də azarkeşlərin müzakirə mövzusudur.

Metbuat.az qol.az-a istinadən xəbər verir ki, millimizin zəif Estoniya ilə oyunda belə qalib gələ bilməməsi haqlı narazılığa səbəb olub. Komandamızın 3 oyundan 1 xal toplaya bilməməsi, nəticədə qrup sonuncu olması etiraz doğurmaya bilməz.

Bir tərəfdən də milli komandamızın bəzi futbolçularının istəksiz oynaması da təəssüf doğurur.

Estoniya - Azərbaycan görüşündə müdafiəçi Anton Krivotsyukun qəribə aut atışı isə gülünc mövzusuna çevrilməyə bilməz.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR