Bakıda yeni parklanma məntəqəsi yaradıldı - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) İsmayıl bəy Qutqaşınlı küçəsində 25 yerlik yeni parklanma məntəqəsi yaradıb.

Metbuat.az xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.

Məlumata görə, ərazidə nişanlanma işləri tamamlanıb, sürücülər rahat parklama imkanı əldə ediblər.

Qeyd edək ki, yenidənqurma və təmir işləri həyata keçirilən bütün küçələrdə nəqliyyat şəraiti təhlil edilir, qısa müddət ərzində yeni layihələr hazırlanaraq reallaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR