Putin Bakıya gələcək? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirakı ilə bağlı hələlik qərar qəbul edilməyib.

Metbuat.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, prezidentin şəxsən tədbirə qatılmasından asılı olmayaraq, Rusiya mütləq konfransda təmsil olunacaq.

Qeyd edək ki, onlarla ölkənin liderləri artıq COP29 konfransında birbaşa iştirak edəcəyini təsdiqləyib. Tədbirə BMT Baş katibi Antonio Quterreşin də qatılacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı