Kosmosda həyat axtarışı - Nəhəng gəmi göndərildi

ABŞ-ın Aeronavtika və Kosmik Agentliyi (NASA) Yupiterin peyki Avropanı araşdırmaq araşdırmaq üçün kosmik gəmi göndərib.

Metbuat.az xəbər verir ki, məqsəd səthi buzla örtülü olan peykdə həyatın olub-olmadığını araşdırmaqdır. Məlumata görə, kosmik gəmi NASA-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılıb. Bildirilir ki, “Europa Clipper” adlı gəmi 2030-cu ildə Yupiterin orbitinə çıxacaq. Layihənin dəyəri 5,2 milyard dollardır. “Europa Clipper”in Yupiterin peyki üzərində mövcud olduğu güman edilən yeraltı okeanda araşdırma apararaq, həyat nümunələrinin olub-olmadığını müəyyən edəcək. Yupiterin peyki Avropanın Yerin peyki ilə eyni ölçüdə olduğu güman edilir. Lakin ordakı su ehtiyatının Yerdəki okeanlardakı su ehtiyatında iki dəfə çox olduğu irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı