Qvardiola bu komandanı çalışdıra bilər - Özü açıqladı

İngiltərə Futbol Federasiyası Pep Qvardiolanı baş məşqçi təyin etmək istəyir.

Metbuat.az xəbər berir ki, Pep Qvardiolanın buna razı olduğu deyilir. “The Times”in xəbərinə görə, Qvardiola bildirib ki, mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsi başa çatandan sonra İngiltərədə millisini çalışdıra biləcəyini ifadə edib. Məlumata görə, Qaret Sautqeytin gedişindən sonra İngiltərə millisini hazırda köməkçi məşqçi çalışdırır. İddia edilir ki, hazırda İngiltərə Futbol Federasiyası Tomas Tuxellə razılığa gəlib. Lakin İngiltərə Qvardiolanın qərarını gözləyir.

İddialara görə, Qvardiola yekun qərarını verəndən sonra İngiltərə Futbol Federasiyası ona uyğun addımlar atacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR