Minimum əmək haqqı bu tarixdə arta bilər - Açıqlama

Yanvarın 1-dən minimum əmək haqqı bu qədər artacaqDövlət büdcəsi Milli Məclisə təqdim olunub. İnsanları ən çox maraqlandıran məsələ minimum əmək haqqının neçə faiz artacağıdır.

Metbuat.az big.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yanvarın 1-dən minimum əmək haqqı artırılacaq. Hardasa 10 -15 faiz artırılması ehtimal olunur. Noyabrın əvvəlində əmək haqqının neçə faiz artdığını dəqiq biləcəyik:

"Dövlət büdcəsi təqdim olunub. Dövlət büdcəsindən maliyyələşən təşkilatların əmək haqqının artımı nəzərdə tutulub. Yanvarın 1-dən minimum əmək haqqı artırılacaq. Hardasa 10 -15 faiz artırılmasını gözləyirəm. Vahid tarif cədvəli ilə əmək haqqı alan şəxslərin də maaşı avtomatik qalxmış olacaq. Bütün bunların hamısı dövlət büdcəsindən maaş alanlar üçündür. Özəl sektorda mimum əmək haqqı alan şəxsləri maaşı artacaq. Bu, məcburidir. Amma özəl sektorda nisbətən yuxarı əmək haqqı alan şəxslərdə artım olmayacaq. Noyabrın əvvəlində əmək haqqının neçə faiz artdığını dəqiq biləcəyik. Ona görə də vahid tarif cədvəli ilə əmək haqqı alan şəxslərdə artım olacaq. Vahid tarif cədvəli ilə əmək haqqı almayan şəxslərin də hökumət prezidentin fərmanı ilə maaşında artım edəcək. Çünki dövlət büdcəsindən hər hansı qismin artıb hansınınsa artmaması gözlənilən deyil. Amma ümumi şəkildə bunun özəl sektora təsiri belə olacaq ki, mimum əmək haqqı alan şəxslərin maaşına birbaşa təsir olacaq. Digərlərinə təsiri isə dolayı yolla bilər. Amma birmənalı olaraq özəl sektor mimimum əmək haqqı tələbinə tabe olmalıdır. 700-800 manat verdiyi işçinin əmək haqqını qaldırmağa məcbur deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı