Əli Təhməzovun oğlu itkin düşdü - FOTO

Almaniyada yaşayan azərbaycanlı tələbə Tamerlan Təhməzov itkin düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Lent.az-a həmin ölkədə yaşayan həmyerlilərimiz məlumat veriblər.

Bildirilir ki, T. Təhməzov Berlin şəhərində doktorantura üzrə təhsil alır. O, bir neçə gündür, itkin düşüb və ailəsi ondan xəbər ala bilmir.

Həmçinin qeyd olunub ki, son günlər Tamerlanda psixoloji problemlər yaranıb, hətta yaşadığı yerə də getməyib.

Onun tapılması üçün polisə müraciət edilib. Hazırda tədbirlər görülür.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Tamerlan Təhməzov sabiq baş nazir müavini Əli Təhməzovun oğludur.

Ə.Təhməzov 1993-94-cü illərdə baş nazirin müavini olub. O, həmin illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri vəzifəsini də tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR