Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi və avtobuslara yeni fərqlənmə nişanları verib.
Metbuat.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
"Taksi və avtobus xidməti üzrə müraciətlər əsasında fərqlənmə nişanı verilmə prosesi uğurla davam edir. Bu dəfə 26 daşıyıcıya 52 xidmət üzrə fərqlənmə nişanları təqdim edilib. Bu istiqamətdə işlər davam etdirilir", - deyə agentlik bəyan edib.