Salahdan sürpriz seçim - İspan nəhənginə keçə bilər

"Liverpul"dan ayrılacağı deyilən Məhəmməd Salah sürpriz seçim edə bilər.

Metbuat.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanından gələn fantastik təklifi qəbul etmək əvəzinə o daha aşağı məvacibə İspaniyaya transfer ola bilər. "FourFourTwo"nun məlumatına görə, “Real Madrid” futbolçu ilə maraqlanır. Bildirilir ki, futbolçunun “Liverpul”la müqaviləsi mövsümün sonunda baş çatır. “Real” onu azad agent kimi heyətinə qata bilər. Qeyd edək ki, “Əl-Əhli” və “Əl-Nəssr” klublarının futbolçuya fantastik müqavilə təklif etdiyi barədə xəbərlər dərc edilib.

Klublar ona "Liverpul"da aldığı maaşın 3 mislini təklif edib. Məlumata görə, misirli hücumçu hazırda "Liverpul"dan təxminən 22 milyon avro məvacib alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR