"Zirə" son dəqiqədə məğlubiyyətdən xilas oldu

Azərbaycan Premyer Liqasında X turun daha bir görüşü keçirilib.

Metbuat.az xəbər verir ki, turun son oyun günündə "Zirə" "Sabah"ı qəbul edib.

Zirə Olimpiya İdman Kompleksində baş turan matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Görüşdə hesab 7-ci dəqiqədə açılıb. Cesse Sekidika meydan sahiblərinin qapısına yol tapıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 90+1-ci dəqiqədə məğlubiyyətdən xilas olub. Georgi Papunaşvili "status-kvo"nu bərpa edib.

Bu bərabərlikdən sonra hər iki komandanın xal ehtiyatı 16-ya çatıb. "Zirə" turnir cədvəlində dördüncü, "Sabah" beşinci pillədə qərarlaşıb

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"i 5:0, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0, "Neftçi" isə "Səbail"i 3:1 hesabı ilə məğlub edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı