Moskva əsgər qarşılığında Pxenyana nə verib?

Seulda Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi bir araya gəlib.

Metbuat.az xəbər verir ki, diplomatlar Şimali Koreyanın Rusiyaya dəstək olaraq Ukraynaya əsgər göndərdiyi iddiaları ilə bağlı birgə açıqlama verib. Bəyanatda, Şimali Koreyanın dəstəyinə qarşılıq olaraq Moskvanın nüvə və ya ballistik raket texnologiyalarının Pxenyana mümkün transferindən dərin narahatlıq ifadə edilib.

“Biz Şimali Koreyanın qeyri-qanuni silah tədarükünü davam etdirməsini və Moskvanın Ukraynadakı qeyri-qanuni müharibəsini dəstəkləmək üçün Rusiyaya qoşun göndərməsini qəti şəkildə pisləyirik. Rusiyanın əsgər və silah göndərilməsi müqabilində Şimalı nə ilə təmin etdiyinə nəzarət edilir”.

Qeyd edək ki, Cənubi Koreya Şimali Koreyanın Rusiyaya dəstək üçün Ukraynaya təxminən 10 min əsgər göndərdiyini iddia edib. NATO-nun baş katibi Mark Rutte isə onlarda bu barədə məlumat olmadığını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı