Mourinyonun dəbdəbəli həyatı - Evdən imtina edib, hoteldə qalır

İngilislər "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun İstanbuldakı həyatı barədə bağlı təfərrüatlar paylaşıb.

Metbuat.az xəbər verir ki, portuqaliyalı məşqçinin Boğazda lüks bir oteldə qaldığı bildirilib və onun hər axşam eyni yeməyi yeməsi ilə bağlı maraqlı detal paylaşılıb. “Daily Mail”də yer alan xəbərə görə, Joze Mourinyonun qaldığı lüks oteldə ən ucuz otağın günlük qiyməti 1000 lirədir. Otağın mənzərəsi İstanbul boğazına açılır. Hoteldə Joze Mourinyonun mütəmadi olaraq üzdüyü hovuz var. Xəbərdə Joze Mourinyonun ev işlərinə görə oteldə yaşamağa üstünlük verdiyi bildirilib.

Təcrübəli məşqçinin Beşiktaşda sevimli dönər restoranının olduğu və ara-sıra ora getdiyi bildirilib. Mourinyonun az qala hər gün hoteldə eyni yeməyi sifariş etməsi ilə bağlı maraqlı nəlumat qeyd edilib. Xəbərdə məşqçinin toyuq şorbasına, ardınca isə marqarita pizzasına, dondurma və mineral suya üstünlük verdiyi deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı