"Qalatasaray" "Qarabağ"ın rəqibinə qalib gəldi - Avropa Liqası

Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi "Elfsborq"u məğlub edib.

Metbuat.az-ın məlumatına görə, İstanbul təmsilçisi III tura təsadüf edən ev oyununda İsveç kollektivinə 4:3 hesabı ilə qalib gəlib.

Azərbaycan çempionunun bu turnirdəki digər rəqiblərindən olan Norveçin "Budyo Qlimt" komandası isə səfərdə Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşıb.

Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ" noyabrın 7-də "Budyo Qlimt"in, dekabrın 11-də isə "Elfsborq"un qonağı olacaq. UEFA Avropa Liqasının Liqa mərhələsinin digər matçları oktyabrın 24-də təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı