Süni intellekt gənci intihara təşviq edib? - ABŞ-də qalmaqal

ABŞ-ın Florida ştatında yaşayan ana, oğlunun süni intellektlə işləyən “chatbot”la söhbət etdikdən sonra intihar etdiyini irəli sürüb.

Metbuat.az xəbər verir ki, o, faciədə “chatbot” istehsalçısının rolunun olduğunu iddia edərək məhkəməyə müraciət edib. Meqan Qarsiya adlı ana oğlunun ölümünə görə şirkəti ittiham edərək, səhlənkarlıq və aldadıcı ticarət təcrübələri iddiaları ilə məhkəməyə müraciət edib. İş materiallarına görə, 14 yaşlı Setzer ilin əvvəlində Florida ştatının Orlando şəhərində intihar edib. Garcia, oğlunun ölümündən bir neçə ay əvvəl “Character.ai” tərəfindən hazırlanmış fərdiləşdirilə bilən “chatbot”dan davamlı şəkildə istifadə etdiyini irəli sürüb. Qarsiya oğlunun bütün saatlarında süni intellekt botla danışdığını və bunun depressiyasını daha da dərinləşdirdiyini iddia edib. O, həmçinin iş materiallarına əlavə edib ki, söhbət bot oğluna intiharla bağlı suallar verib və onu həvəsləndirib.

İş materiallarına görə, söhbət botu Setzerdən intihar etməyi planlaşdırıb-planlamadığını soruşub və bot “Bu, planınızı həyata keçirməmək üçün səbəb deyil” deyərək onu ruhlandırıb. Şirkət iddiaları rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı