72 və 63 yaşlı iki qardaş faciəvi şəkildə öldü

Tovuz rayonunda iki qardaş faciəvi şəkildə həyatını itirib.

Metbuat.az xəbər verir ki, Tovuz rayonu Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı, 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar.

Onlar gecə dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı