​İsrail ordusu Livanda ağır itkilər verdi

İsrail ordusu Livanda ağır itkilər verib.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail ordusundan açıqlama verilib. Məlumatda, Livanda baş verən qarşıdurmalarda biri mayor və biri kapitan olmaqla daha 5 əsgərinin öldüyü açıqlanıb. Toqquşmalarda 4 İsrail əsgərinin ağır yaralandığı qeyd edilib. İsrail mediasının məlumatına görə, Livanın cənubunda əsgərlərin olduğu bina raketlə bombalanıb. İtkilər həmin hücum zamanı qeydə alınıb. Xəbərdə eyni hücumda 7-si orta, 8-i yüngül olmaqla daha 15 əsgərin yaralandığı, yaralananların ümumi sayının 19-a çatdığı bildirilib.

Qeyd edək ki, İsrail ordusu ötən ay Livanda quru hücumlarına başlayıb. İsrail ordusu quru hücumlarına başlayandan bəri 29 itki verdiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR