Yağış və külək gücləndi - Dalğanın hündürlüyü 3 metrə çatdı

Oktyabrın 26-sı saat 23:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a bildirilib ki, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm, Qubada 16 mm, Qusarda 8 mm, Altıağac və Qaxda 7 mm, Şabranda 6 mm, Qobustanda 5 mm, Şəkidə 4 mm olub. Qubanın dağlıq kəndlərinə və Şahdağa qar yağır.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında, Neftçalada 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 14 dərəcəyədək, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı