"Arsenal" "Barselona"nın ispan ulduzunu heyətinə qatmaq istəyir.
Metbuat.az xəbər verir ki, Premyer Liqa nəhəngi Ferran Torresi transfer etmək üçün hərəkətə keçib. “Sport”un xəbərinə görə, Lamine Yamal, Rafinha və Robert Levandovski üçlüsü ilə rəqabət apara bilməyən Torres ehtiyatda qalıb. “Arsenal” futbolçunun əsas heyətə düşə bilməməsindən istifadə edərək, onu transfet etmək istyir. Məlumata görə, Torres mövsümün fasiləsində “Arsenal”a transfer ola bilər. Onun digər seçimi isə Hansi Flikin rəhbərliyi altında qalaraq özünü sübut etməkdir.
Bildirilir ki, “Barselona” Torresi göndərməkdə maraqlıdır. Torresin “Barselona” ilə müqaviləsi 2027-ci ildə başa çatır.