DİN Lənkərandakı insidentlə bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi Lənkərandakı insidentlə bağlı açıqlama yayıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.

Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı