“Qızıl top” mükafatının qalibi bəlli olub.
Metbuat.az xəbər verir ki, “France Football” nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi mükafata “Mançester Siti”nin futbolçusu Rodri layiq görülüb.
Qeyd edək ki, Rodri İspaniya millisi ilə Avropa, “Mançester Siti” ilə İngiltərə çempionu olmuşdu. Mediaya sızan məlumatlarda Rodrinin “Qızıl top” mükafatının qalibi olacağı qeyd edilmişdi. "Real" tərəfi mükafatın öz futbolçularından birinə verilməli olduğunu əsas gətirərək, mükafatlandırma mərasimində iştirakdan imtina etmişdi. "Real" rəhbərliyi mükafatın başqa futbolçuya verilməsinin kluba hörmətsizlik olduğunu bəyan edib.